Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər narazıdır

# 15:16
21 aprel 2022

Gəncədə sinif yoldaşını bıçaqlayan 9-cu sinif şagirdinin məktəbə gəlməsi valideynlərin etirazına səbəb olub.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisəni törədən şagird səhər saatlarında valideyni ilə məktəbə gəlib. Lakin bu digər valideynlərin narazılığına səbəb olub. Onlar etiraz edərək sözügedən şagirdin məktəbdən kənarlaşdırılmasını tələb edir. Əks təqdirdə öz övladlarının başqa tədris müəssisəsinə göndərəcəklərini bildirirlər.

 

Məktəb direktoru isə bildirib ki, məktəbə gələn sözügedən şagird polisin nəzarəti ilə evə qaytarılıb. Hadisəni törədən şagirdin təhsil almaq hüququ var və bu təmin olunacaq.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov APA TV-yə bildirib ki, sinif yoldaşını bıçaqlayan məktəbli nəzarət altında olacaq.

 

Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər M.P. Vaqif adına 8 nömrəli məktəbin 9-cu sinif şagirdi öz sinif yoldaşına boğaz və kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı məktəblinin müalicəsi özəl xəstəxanaların birində davam edir.

 

Fuad Nazimoğlu

Mehi Məmmədov

APA TV, Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR