“Sınıq Körpü” sərhəd keçid məntəqəsi gündə 2 saat işləyəcək
Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib.
Bu barədə APA TV-nin yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, dəyişikliyə əsasən, vətəndaşlar sərhəd keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.
Dəyişikliyin yükdaşımalara şamil edilmədiyi bildirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi