Şirkət direktorunun müavini polis əməkdaşını maşınla vurub – HACIQABULDA
Hacıqabulda polis nəfərini avtombillə vuran sürcü və avtomobildə olan karantin rejimi qaydalarını pozan 2 sərnişin saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12.00 radələrində Hacıqabul rayonu ərazisində yerləşən karantin rejimi qaydaları məqsədi ilə qurulan 2 stasionar postda qaydaları kobud şəkildə pozan, polis nəfərini avtomobillə vuran sürcü və sərnişinlər saxlanılıb.
Belə ki, 1984-cü il təvəllüdlü Tərtər rayon sakini, Vəkiloğlu MMC-nin (Patron tumları) direktor müavini Məmmədov Elşad Malik oğlu “Mercedes” markalı avtomobillə Bakı-Qazax avtomobil magistralının 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqdar yaradılmış stasionar postda saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib.
Təkrar olaraq həmin magistralın 113-cü kilometrliyində yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayaraq posta daxil olaraq həmin postda xidmət aparan Şirvan polis şöbəsinin əməkdaşı polis kiçik serjantı 1997-ci il təvəllüdlü Mirzəli Mirzə Nofil oğlunu vurub. Nəticədə polis nəfəri qolunun sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sürcü saxlanılarkən avtomobildə karantin rejim qaydalarını pozan 2 sərnişin- Bakı sakini, 1975-ci il təvəllüdlü Hüseynzadə Natiq Namiq oğlu və Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Fətəliyev Anar Akif oğlu da olub. Eyni zamanda sürücü Elşad Məmmədov Hacıqabul RPŞ-yə məxsus “Ford” markalı avtomobilə mindirilərkən təpiklə avtomilin arxa şüşəsini sındırıb.
Faktla bağlı Hacıqabul rayon prokuroluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi