Şirkət əməkdaşının avtomobilində 4 ton naqil aşkarlandı
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətin əməkdaşının avtomobilində xeyli miqdarda naqil aşkarlanıb.
DİN-dən APA –ya verilən xəbərə görə, Qubadlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi