Şirvan girdab içində: sakinlər boğulur - VİDEO

# 14:10
27 aprel 2022

Şirvanda böyük bir məhəllə kanalizasiya sularının girdabında batır.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhərinin köhnə şəhər adlanan hissəsində H.Aslaov, S.Mehmandarov və digər yaxın küçələrdə təxminən 300-dən çox fərdi yaşayış evi yerləşir. İnsanlar bu ərazidə az qala yüz ilə yaxındır ki, məskunlaşıblar, ancaq dünyanın hər yerində sürətli inkişafın getdiyi bir zəmanədə burada nəinki inkişaf, heç kanalizasiya sistemi də yoxdur. Kanalizasiya suları açıq arxlarla axır, onu da qamış basıb, qabağı kəsilib çirkab suları demək olar ki, axmır. Evlərin zirzəmilərinə, həyətlərə dolur. Üfunət iyi ətrafı bürüyüb. Görünən kəndə nə bələdçi özünüz baxın, sakinləri dinləyin siz də şahid olun.

 

Sakinlərin şikayətini dinlədik mənzərəni gördük və ürək ağrısı ilə üz tutduq cavabdeh təşkilatlara. O ümidlə ki, bəlkə bu biçarə sakinlərin dərdinə bir məlhəm tapaq.

 

Söhbətimizin bu yerində dedik ki, biz də ondan ötəri gəlmişik soruşaq ki, niyə kanalizasiya sistemi qurulmayıb və mövcud arxlar niyə təmizlənmir? Aldığımız cavab isə belə oldu.   

 

Şəhər İcra hakimiyyətinə də müraciət etdik. Onlardan da bu işə məsul olan vəzifə sahibinin cavabını almaq istədik. Gözləsək də cavab verən olmadı. Ümid edirik ki, süjetimizə baxıb bu antisanitariya və özbaşınalığı aradan qaldırarlar.

 

Əlibəy Zeynallı

Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR