Şirvan sakini vətəndaşların pullarını görün necə ələ keçirib

# 13:24
1 dekabr 2022

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, cari ilin noyabr ayında 2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədiklərini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra onlara təqaüd kartlarında pul olmadığını, kartlarında olan pulları isə ələ keçirdiyini bildiriblər.

 

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb.

 

Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı onun zərərçəkənlərin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.

 

Faktla bağlı Cavidan Məlikov barəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Cavidan Məlikovun digər analoji cinayətlərdə iştirakı da istisna edilmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR