Şirvan sakinindən 2 kq-dan artıq uyuşdurucu vasitə aşkarlandı

# 13:39
27 yanvar 2022

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Salyan rayon Qaraçala kənd  sakini Bayramqulu Məmmədov şübhəli şəxs qismində Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlində olan torbadan  təmiz çəkisi 2 kiloqram 850 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Dindirilmə zamanı Bayramqulu Məmmədov cinayət əməlini etiraf edib.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR