Şirvan sakininə hədə-qorxu gəlib pul tələb etdilər

# 17:47
3 avqust 2022

Şirvan şəhər sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıb. Şirvan şəhər sakini S.Babayev Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək Zaur adlı şəxsin ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb edən şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hüseynov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, S.Babayev saxlanılan Zaur Hüseynovdan bir müddət əvvəl 5000 manat borc pul alıb və bir qismini müxtəlif vaxtlarda qaytarıb. Sonradan pulun qalan hissəsini qaytarmadığına görə Zaur Hüseynov ondan həmin borcun faizini ödəməsi üçün hədə-qorxu gələrək 3000 manat pul tələb edib. Fakta bağlı Zaur Hüseynov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələbetmə) və 221.3-cü ( xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR