Şirvan-Salyan yolunda 3 maşın toqquşdu
Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb. "Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi