Şirvanda 10 gün əvvəl qızılcaya yoluxan uşaq öldü

# 15:52
14 dekabr 2023

Şirvan sakini, 2011-ci il təvəllüdlü Ömər Kürdoğlu oğlu Şahbazzadə 10 gün əvvəl qızılcaya yoluxub. 12 yaşlı Ömər evdə müalicə olunub, daha sonra uşağın vəziyyəti ağırlaşıb. O, ötən gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Bütün yardımlara baxmayaraq, azyaşlı xəstəxanada keçinib. “TƏBİB-dən bildirilib ki, 2011-ci il təvəllüdlü vətəndaş ağır vəziyyətdə dekabrın 13-də saat 17:37 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul olunub. Ona qızılca, kəskin pnevmoniya, ensefalit, infeksion toksiki şok diaqnozları qoyulub və süni tənəffüs aparatına qoşulub. Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib, ətraflı müayinəsi üçün Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 22:25 radələrində ölüm qeydə alınıb -deyə, açıqlamada bildirilir. Qeyd edək ki, qızılcadan dünyasının dəyişən Ömər 44 günlük Qarabağ müharibəsində noyabrın 8-də Şuşa şəhərində şəhid olan Şəhriyar Əkbər oğlu İsmayılzadənin bacısı oğludur. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR