Şirvanda 20-yə yaxın qazanxana fəaliyyətini niyə dayandırıb?

# 10:50
8 fevral 2023

Şirvanda irili xırdalı 390 yaşayış binası var. Şəhərdə yeni tikilən çəmi 3 qazanxana fəaliyyət göstərir.  30 il əvvəl bu şəhərdə yaşayış mənzillərini qızdırmaq üçün 20-yə qədər qazanxana fəaliyyət göstərib. Həmin qazanxanalar 90-cı illərin əvvəlindən fəaliyyətini dayandırıb.

Sakinlər bildirir ki, hazırda hamı 2-3 minindən keçib evinə kombi çəkdirir. Pulu olmayan da qızınmaq üçün elektriklə işləyən qızdırıcılardan istifadə edir. Amma hər iki halda qızınmaq üçün xərclənən məbləğ ailənin xərclərinin artmasına səbəb olur.

“Bu sistemlərin bərpası üçün nə lazımdır? Bu sahəyə nədən diqqət yetirilmir?” kimi suallara cavab axtarmaq üçün  “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elvin Basqallı “Azəristiliktəchizat” ASC Şirvan şəhərində yeni qazanxana sistemllərinin tikintisini palnalaşdırmır.

Qeyd edək ki, qışı sərt olan ölkələrdə qazanxana sistemindən kütləvi şəkildə istifadə olunur. Hətta qonşu ölkələrdə evlərə isti su da yay-qış qazanxanalardan verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR