Şirvanda ağır qəza – 1 NƏFƏR ÖLDÜ, 2 NƏFƏR YARALANDI
Şirvanda 22 yaşlı gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan şəhərində qeydə alınıb.
Belə ki, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Yaşar Ağayev avtomobili ilə dönməkdə olan sərnişin mikroavtobusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin 1998-ci il təvəllüdlü Fərid İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü və digər sərnişin 1999-cu il təvəllüdlü Maşallah Həmidov isə xəstəxanaya yerləşdirilib.
Ölən şəxsin sıxılmış meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi