Şirvanda ana və 8 yaşlı oğlunu maşın vurdu
Şirvanda azyaşlını avtomobil vuraraq öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri köhnə şəhər massivində qeydə alınıb. "Wolksvagen" markalı avtomobil təkərinin partlaması nəticəsində aşıb və yol kənarında dayanan Şirvan sakini, 2013-cü il təvəllüdlü Aslanov Rəvan Rafayıl oğlunu və azyaşlının anası 1988-ci il təvəllüdlü Aslanova Ruqayə Vidadi qızını vurub. 8 yaşlı Rəvan Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ananın isə boyun fəqərəsi sınıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu