Şirvanda avtomobil 82 yaşlı qadını vuraraq öldürüb
Şirvanda avtomobil 82 yaşlı qadını vuraraq öldürüb
APA Tv-nin Mil-Muğan bürounun məlumatına görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, 1988-ci il təvəllüdlü Qurbanov Fariz Parviz oğlunun idarə etdiyi "Mercedes" markalı 90 VB 270 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxs 1938-ci il təvəllüdlü Vəliyeva Səkinə Səttar qızıdır.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi