Şirvanda avtomobil piyadanı vuraraq öldürdü
Şirvanda 54 yaşlı qadını avtomobil vuraraq öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində, Köhnə şəhər massivində qeydə alınıb.
Şirvan sakini, 1993-cü il təvəllüdlü Əliyev Qulu Elman oğlu idarə etdiyi "Mercedes" markalı 50-DB-989 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi