Şirvanda çörəkbişirmə sexində baş vermiş partlayışın təfərrüatları məlum olub
Şirvanda çörəkbişirmə sexində baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə T.İsmayılov küçəsində yerləşən Şirvan sakini Ziya Əliyevə məxsus çörək bişirmə sexində qeydə alınıb.
Partlayışın dalğası sexdə olan böyük həcmli buxar qazanlarını 50 metr kənara atıb. Bu zaman həmin qazanlardan biri yaxınlıqda olan Şirvan sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğluna dəyib və o, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Eyni zamanda, orada olan "VAZ 2115" markalı avtomobil dalğanın həmin əraziyə atdığı digər qazanın zərbəsindən yararsız hala düşüb.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu