Şirvanda COVİD-19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb
Şirvanda evini tərk edən COVİD-19 virusuna yoluxan şəxs saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini 1984-cü il təvəllüdlü Abdullayev Amid Rəhman oğlu yaşadığı Energetik küçəsi 9 mənzil 18 mənzili tərk etdiyindən polis tərəfindən saxlanılıb. Xüsusi mühafizə geyimində olan polis əməkdaşları təcili yardım vasitəsi ilə onu yaşadığı mənzilə qaytarıblar. Polis əməkdaşları tərəfindən həmin şəxslə profilaktik söhbətlər aparılıb, ona izah edilib ki, bu hərəkətləri ilə o, digər sağlam şəxsləri yoluxdurmaqla virusun yayılmasına risklər yaradır.
Faktla bağlı polis şöbəsində tədqiqat başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik