Şirvanda əməliyyat keçirilib - SAXLANILANLAR VAR
Şirvan sakinindən 2 kiloqrama yaxın heroin götürülüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Səxavət Hüseynov saxlanılıb. Onun üzərindən 3 qramdan artıq, evindən isə 1 kiloqram 830 qram heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Digər əməliyyat zamanı isə Musa Musayev də saxlanılıb. Onun üzərində isə 480 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu