Şirvanda intiharın qarşısı alınıb
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2001-ci il təvəllüdlü Abuzərov Nurlan Firdovsi oğlu özünü Kür çayının üzərindəki körpüdən suya atıb. Son anda hansısa dəmir parçasından yapışan gənci kəndirin köməyi ilə sudan xilas etmək mümkün olub. Uzun müddət suda qalan N.Abuzərov təcili yardım vasitəsi ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan YMX əməkdaşları və Şirvan polis şöbəsinin əməkdaşları cəlb olunub.
Hüquq-mühafizə orqanları 20 yaşlı gəncin intihara cəhd etməsinin səbəbini aydınlaşdırmağa çalışırlar.
Faktla bağlı arşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik