Şirvanda polis bıçaqlandı

# 19:58
29 noyabr 2021

Şirvanda sahə müvəkkilinin əlinə bıçaqla xəsarət yetirən şəxs barəsində məhkəmə  3 aylıq həbs qətimkan tədbiri seçib.

Şirvan şəhərində yerləşən  məcburi köçkün qəsəbəsində  Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəvəfocun iş otağına qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəqani Əliyev izahatın alınması üçün dəvət olunub. Polislə mübahisə edən  Xəqani Əliyev Şirvan Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüdlü Emin Budaqova əlindən bıçaqla xəsarət yetirib. 

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun APA TV-yə bildirdiyinə görə, qeyd edilən hadisə noyabr ayının 26-da baş verib: “Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi açılıb. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Xəqani Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib”

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR