Şirvanda yük maşını evə çırpıldı

# 14:30
31 avqust 2022

Şirvanda yük avtomobili yaşayış evinə çırpılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan - Salyan magistralının  Şirvan şəhəri ərazisindən  keçən hissəsində qeydə alınıb.

 

“KamAZ” markalı avtomobili idarə edən Ağcabədi rayonunun Hüsülü kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Ravil Pərviz oğlu idarəetməni itirdiyindən maşın yoldan çıxıb. Nəticədə yük avtomobili fərdi yaşayış evinə çırpılıb, yaşayış evinin qarşısında dayanan "QAZel" markalı avtomobili aşırıb. Ev təsərrüfatına ciddi ziyan dəyib. Xəsarət alan sürücü Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR