Siyasi partiya nümayəndələrinin Zəngilana səfəri başlayıb
Siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, media nümayəndələrinin Zəngilan rayonuna səfəri təşkil olunub.
APA TV-nin yerli bürosu xəbər verir ki, Zəngilana təşkil olunan səfər çərçivəsində iştirakçılar Cəbrayılda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində iştirakçılar “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə tanış olacaq, habelə Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət edəcəklər.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib