Siyasi partiyalara ayrılacaq vəsait artırılır - 1 dəqiqə 10 xəbər 14:00 buraxılışı

# 14:00
5 noyabr 2021

Binəli Yıldırım Prezident İlham Əliyevə təsbeh hədiyyə edib

 

Parlament Zəfər Günü münasibətilə Amnistiya Aktı qəbul edib 

 

“Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin amnistiyaya düşməsi gözlənilir”. Bunu parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

 

“Azərbaycan indiyə qədər 1700-dək erməni hərbçinin cəsədini təhvil verib”. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Siyasi partiyalara ayrılacaq vəsaitin məbləği 25 faiz artırılır

 

Azərbaycanda 2025-ci ildə qaz hasilatı 50 mlrd. kubmetrə çatacaq

 

Deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimovun məhkəməsi başlayıb

 

Sabunçuda ödəmə terminalından 12 min manat və 600 dollar oğurlayan şəxslər tutulub

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Qətər yığmasına Azərbaycanla oyun üçün 27 futbolçu çağırılıb

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR