Siyavuş Novruzov: “Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”

# 15:21
24 fevral 2023

“Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR