Bank Of Baku

Siyəzəndə dağlıq ərazidə yanğın söndürülüb

# 18:48
31 iyul 2020

Bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülən operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən xəbərə görə, yanğının söndürülməsi əməliyyatından bəzi operativ görüntüləri təqdim edirik.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR