Siyəzəndə şagird söyüş üstündə bıçaqlandı
Siyəzəndə məktəblilər arasında bıçaqlanma olub.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 5-də Cəfər Cabbarlı adına 1 saylı orta məktəbdə baş verib. Aralarında yaranan mübahisə zamanı 9-cu sinif şagirdi 10-cu sinifdə oxuyanı söyüb. Məlumata görə, şagird bu səbəbdən ona söyən məktəblini bıçaqlayıb.
Yaralıya ilkin olaraq Siyəzən rayon Xəstəxanasında tibbi yardım göstərilib. Daha sonra o, əməliyyat üçün Bakıya göndərilib.
Hadisəni törədən məktəbli saxlanılıb. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu