Sizə bu diaqnoz qoyulubsa, pulsuz sağala biləcəksiniz
ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir. Azərbaycanda Psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində növbəti təlimlərə başlanılıb. Bu gün təlimlərin ikinci günüdür.
17 klinik psixoloq bu 2 gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin Yazılı Ekspozisiya Terapiyası (YET) üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərində iştirak ediblər.Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib