SOCAR uşaqların düşdüyü quyu ilə bağlı açıqlama verdi
Mayın 17-si Maştağanın Çiləgir Xanlar yaşayış massivində iki azyaşlı – Ağa Rəhimov və Hüseyn Qasımov açıq quyuya düşərək, həyatlarını itiriblər.
Ərazidə yaşayan sakinlər sözügedən açıq quyunun və yerləşdiyi ərazinin SOCAR-ın balansında olduğunu iddia etmişdilər.
Məsələ ilə bağlı APA TV-nin sorğusuna SOCAR tərəfindən cavab verilib.
Açıqlamada həmin ərazinin və ərazidə yerləşən quyuların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında olmadığı bildirilib.
Qeyd edək ki, faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
ORXAN ASLAN
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu