Son dəfə ailəsinə baş çəkib cəbhəyə qayıdan döyüşçüdən 30 ildir xəbər yoxdur

# 15:15
9 aprel 2022

Birinci Qarabağ müharibəsində Fərrux kəndində itkin düşən döyüşçülərdən biri də Ucar rayonunun Lək kənd sakini Maarif Məhiş oğlu İbadovdur.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Maarif İbadov 1971-ci ildə rayonun Lək kəndində kolxozçu ailəsində anadan olub. O, 1978-88-ci illərdə Lək kənd tam orta məktəbində təhsil alıb. Maarif daha çox idmana marağı olan bir gənc olduğundan orta təhsilini başa vurduqdan sonra Rusiyanın Yaroslav vilayətində idman üzrə təhsil alıb. Bundan sonra o, 2 il müddətinə Rusiyada həqiqi hərbi xidmət keçib.

 

Maarifin vətənə, torpağa, ailəsinə olan sevgisi onu könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılmağa sövq edib və 1991-ci ilin sonlarında döyüşə gedib. İlk döyüşü Ağdamdan başlayıb. O, rayonun bir necə kəndində döyüşüb. 1992-ci ilin Avqust ayının sonlarında Ağdamın Şelli kəndində gedən döyüşdə yaralanıb. Aldığı güllə yarasından tam sağalmamış, sentyabr ayının əvvəli ailə üzvilərinə baş çəkmək üçün kəndə gəlir. Sentyabr ayının 4-ü son gedişi olur. Aradan 8 gün keçdikdən sonra Maarifin itkin düşməsi barədə ailəsinə xəbər verilib. 

 

İndi Maarifin ailəsi deyir ki, tapılıb dəfn olunması, bir məzarının olması onlara təskinlik olar.

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR