Son iki ildə 2000-dən çox şəxsin əmək pensiyası əskik ödənilib
Son 2 il ərzində 2000-dən çox şəxsin əmək pensiyasının əskik ödənildiyi aşkarlanıb.
APA TV-nin məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib.
Onun sözlərinə görə, nəticədə bu şəxslərin əmək pensiyaları yenidən hesablanıb: “Orta hesabla pensiya məbləğləri 633 manatdan 739 manata qədər artırılıb. Bu, bir şəxsin pensiyasında təqribən 100 manat, orta hesabla 17-18 faiz artım deməkdir. Keçmiş dövr üzrə bu kontingentə 3 milyondan artıq ödənilməli olan vəsait hesablanıb. Həmin 3 milyon manat vəsait də qanunvericiliyin tələblərinə uyğun ödənilməkdədir”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi