“Son zəng”i qeyd etmək üçün Lənkərana getdi, çayda boğuldu
Lənkəranda məzun çaya düşərək boğulub.
APA TV-nin cənub bürosu xəbər verir ki, hadisə Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində baş verib. Masallı rayon Mollaoba kənd məktəbinin buraxılış sinfinin məzunları istirahət üçün gəldikləri məkanda bədbəxt hadisə ilə üzləşiblər. Belə ki, 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli sinif yoldaşı ilə birlikdə həmkəndli dostlarının çağırdığı digər istirahət mərkəzinə gedib. Orada ehtiyatsızlıqdan Məhəmmədəli Əzizlinin ayağı sürüşüb və çaya düşərək boğulub.
Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi