Sosial yönümlü tariflərdən başqa ölkələr də istifadə etməyi düşünür - RUSLAN ƏLİYEV

# 17:23
29 dekabr 2021

Tətbiq olunan tarif paketləri maddi durumu aşağı olan əhaliyə müsbət təsir göstərir”. 

APA TV-nin məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyində keçirilən bu ilin sonuncu “Açıq qapı” aksiyası zamanı qurumun baş direktoru Ruslan Əliyev deyib.

O, bildirib ki, Azərbaycanda istifadə edilən tarif paketləri artıq bir çox ölkələr üçün maraqlı gəlir, onlar da bu sistemə keçməyi düşünürlər: ”Bizim bu sosial yönümlü tariflərdən artıq başqa ölkələr də istifadə etməyi düşünür. Çünki bu bir növ aşağı təminatlı insanlara tarif dəstəyidir”.


“Azəriqaz”ın baş direktorunun sözlərinə görə, ölkədə bu il maye yanacağın limitini keçən əhalinin sayında azalma var ki, bu da tətbiq olunan tariflərin səmərəliliyini göstərir: “2021-ci il ərzində 1200 kubu keçməyən abunəçilərimizin sayı 50 faizə yaxındır. Ümumi 2500 kubu keçməyən abonentlərimizin sayı, yəni bir kubu 20 qəpikdən istifadə edən abonentlərin sayı isə 80 faizin üzərindədir”.

Sonda 2021-ci ildə “Azəriqaz” İB-in fəaliyyətinin geniş auditoriyaya çatdırılması, işıqlandırması istiqamətində görülən işlərə görə APA TV ən fəal media qurumu kimi təltif olunub.

Semral Cavad,
Xəyal İskəndərov,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR