Soyğunçuluq edən şəxsdən narkotik də aşkarlandı - GƏNCƏDƏ
Gəncədə azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlıya məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən şəxsin, əvvəllər dəfələrlə məhkum olunmuş Əliağa Adıgözəlov olması və Bakı şəhəri istiqamətində hərəkətdə olması müəyyən edilib.
O, saxlanılaraq polis idarəsinə gətirilib və üzərinə baxış keçirilən zaman ondan 1.42 qram heroin aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxs illərdir narkotik istifadəçisi olduğunu etiraf edib. O, törətdiyi cinayət hadisəsini etiraf edərək mənimsədiyi mobil telefonu satdığını bildirib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Fuad Nazimoğlu
Mehid Məmmədov
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri