SPA mərkəzinin rəhbərini niyə həbs etdilər? - GİZLİ ŞƏKİLDƏ...

# 20:17
19 oktyabr 2021

Gəncədə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.

 

Gəncə  şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində Fitnes və SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.

 

Şöbəyə gətirilən qaydanı pozan obyekt işçiləri və müştəriləri ilə profilaktik söhbətlər aparılıb. SPA Mərkəzində masaj xidmətləri göstərən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə edilib. Obyetkin adminstratoru barəsində isə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elnur Nəbiyev 15 sutka həbs edilib.

 

Baş İdarə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakinləri Şahmar Həsənovun  və Cəsur Hüseynovun qaydaları kobud şəkildə pozduqları aşkarlanıb.  Ev şəraitində müalicə almalı olduqları halda şəhər ərazisində saxlanılan hər iki şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriliblər.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR