Spiker: “Xocalıda girov götürülən 150 nəfərin taleyi bu günədək məlum deyil”
“Misilsiz qəddarlıq timsalı olan Xocalı soyqırımında xalqımızın mübarizə əzmini sındırmaq istədilər”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, girov götürülən insanlardan 150 nəfərin taleyi bu günədək məlum deyil: “Bu cinayət əməlinin təşkilatçıları Ermənistanın siyasi rəhbərliyi, icraçıları isə erməni terrorçuları, 366-cı motoatıcı alayın şəxsi heyətidir. Xocalı soyqırımı etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olub. Tarixin müəyyən dövrlərində böyük dövlətlər uydurma erməni məsələlərindən istifadə edib. XX əsrin əvvəllərində on minlərlə günahsız azərbaycanlı və digər xalqların nümayəndələri etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib