“Starlink Azerbaijan” Bakıda qeydiyyatdan keçib
İlon Mask Azərbaycanda şirkət yaradıb.
"APA-Economics"in məlumatına görə, noyabrın 1-də Amerikanın “Starlink" peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib.
Şirkətin ofisi "Azur Biznes" Mərkəzində yerləşir. Nizamnamə kapitalı 100 dollar olan şirkətin direktoru Loren Dreyer təyin edilib.
Qeyd edək ki, L.Dreyer "Speys İks"də "Starlink"in biznes əməliyyatları üzrə baş direktorudur.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi