Stend qoyulması, anju, “mirvari suyu”, hamiləlik və DAHA NƏLƏR? – APA TV

# 00:26
8 iyul 2023

Tibbi xidmətlər arasında MRT, KT, dopler, kimi funksional diaqnostik müayinələr zərurət yarandıqda həkim təyin etdikdən sonra icbari tibbi sığorta ilə qarşılanır. Bunların hər biri dövlət xəstəxanalarında icra olunur, lakin burda növbələr xəstənin vəziyyətindən, həyati vacibliyindən asılı olaraq tənzimlənir. Sözügedən xidmətlərdən həmçinin hamilə qadınlar da istifadə edir. Pərvin Baxşəliyeva deyir ki, hamiləlik və təbii doğuş icbari tibbi sığorta paketinə daxildir, qeysəriyyə əməliyyatı isə yalnız həkim zəruri bildiyi halda sığorta ilə qarşılana bilər.

İcbari tibbi sığorta paketinin xidmətlər zərfinə hansı xəstəliklərin daxil olması barədə qurumun saytında məlumat verilsə də vətəndaşlar hələ də bəzi xidmətləri qarışıq salırlar. Bundan əlavə boğaz burun ətlərinin götürülməsi də icbari tibbi sığorta ilə qarşılanır. Ölkədə yayılmış mirvari suyu kimi tanıdığımız katarakta göz əməliyyatı da icbari tibbi sığorta paketinə daxildir. Qeyd edək ki, xidmətlər zərfində prioritet əlillik və ölüm riski yüksək olan xəstəliklərin müayinə, müalicə, profilaktikası və qarşısının alınmasıdır. Məsələn, vətəndaşlar bır sıra ürək əməliyyatlarını heç bir ödəniş etmədən sığorta ilə etdirə bilərlər. Hər bir tibbi xidmətin öz dəyəri var.

Bu İcbari Tibbi Sığorta Agentliyinin saytında da öz əksini tapıb. Agentlik tibbi prosedura görə vətəndaşın ödəyəcəyi pulu tam şəkildə özü ödəyir. Vətəndaşın hər hansı məbləğ ödəməsinə ehtiyac qalmır. Amma vətəndaş protez, linza və sairə kimi icbari tibbi sığorta paketində olan tibbi vasitələrdən imtina etsə, lazımi məbləği özü ödəməlidir. Belə halda dövlət tibb müəssisələrində edilən bütün ödənişlər üçün vətəndaş çek tələb etməlidir. Bəs vətəndaşın istifadə etdiyi dərmanları icbari tibbi sığorta qarşılayırmı? Pərvin Baxşəliyeva deyir ki, vətəndaşın xəstəxanada yatdığı dövrdə bütün preparatlar icbari tibbi sığorta tərəfindən qarşılanır.

Bəs yaxşı, vətəndaş TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsini, yaxud İcbari tibbi sığorta ilə müqaviləsi olan özəl klinikaları və həkimi seçməkdə sərbəstdirmi?

Qurumdan bildirildi ki, sığorta zərfindəki tibbi xidmətlərin siyahısının ildən-ilə artırılması planlaşdırılır.

AYNUR QARA

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR