Stoltenberq: “Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək”
Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.
APA CNN-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O müharibədən sonra da Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacağını deyib. O qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.
“Müharibələr hər zaman gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq”,-deyə Stoltenberq deyib. O bildirib ki, ukraynalılar döyüş meydanında ölkələrini qorumaq üçün can atır. Bütün bunlara baxmayaraq Rusiya da böyük itki verir.
DİGƏR XƏBƏRLƏR
Çipsiyə aksiz, fermerə güzəşt, taksiyə 1%... - Vergi Məcəlləsində yeniliklər
Xocavənddə sevinc dolu gün: 48 ailəyə yeni evlərinin açarları verildi
“Danışmaq istəmirsən, danışma” – Səyyad Arandan həmkarlarına etiraz