Su altında qalan zirzəmi, üfunət iyi, kanalizasiya problemi - sakinlər zara gəlib
Sumqayıt şəhəri 6-cı mikrorayon, bina 4-ün sakinləri yaşadıqları binanın baş çatladan üfunət iyindən zara gəlinlər.
Sakinlər APA TV-nin yerli bürosuna bildirib ki, zirzəmidə yaranan acınacaqlı vəziyyət onların kabusuna çevrilib. Mənzillərində üfunətdən otura bilmirlər. Zirzəmidən gələn qoxudan, ağcaqanadların əlindən həyətə düşmək olmur.
APA TV-nin müdaxiləsindən sonra əraziyə Sumqayıt Sukanal İdarəsinin işçi briqadası cəlb edildi.
İdarə rəhbəri vətəndaşlara müraciət edərək bildirdi ki, tutulmalar olanda vaxtında aidiyyəti üzrə müraciət etsinlər. daha bir problem öz həllini tapmış oldu.
RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu