Su çərşənbəsi Lənkəranda belə qeyd edilir

# 18:19
22 fevral 2022

Yazın gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Novruzun da ilki su çərşənbəsidir ki, bu çərşənbə Lənkəranda xüsusilə qeyd olunur. Su həyat mənbəyi, aydınlıq rəmzidir. Bu çərşənbədə suyun müqəddəs mahiyyəti önə çəkilir. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınan bu çərşənbə ilə bayrama hazırlıqlar başlayır. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. 

Su çərşənbəsində su üstündən atlanmaq, arzularını suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək maraqlı el adətlərindəndir. İnanca görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi gününün əyləncələrindən biri də su falına baxmaqdır. 

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel, 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli vətənimizə martın 20-si saat 19:33-də daxil olacaq.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR