Su gah çoxalır, gah azalır - Belə Kür olar?

# 17:30
16 mart 2023

Neftçalanın Şorkənd kəndində etdiyimiz çəkilişdən sonra çayda suyun səviyyəsi artıb. Artımın yarım metrdən çox olduğunu bildirilir.

Sakinlər fərdi nasoslarını işə salmağa nail olsalar da ötən gecdən Kürdə yenidən suyun səviyyəsi düşməyə başlayıb. Sakinlərin uzun çəkməyən sevinci yenidən yerini kədərə verib. Hazırda nasoslar çaydan su götürə bilmir. 

Qeyd edək ki, çayda suyun səviyyəsində artım mart ayının 12-dən bəri müşahidə edilib. İndi sakinlər təəccüb içindədir ki, necə su yenidən azalmağa başlayıb?

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR