Su kanalında batmış on yaşlı uşağın meyiti çıxarıldı
Ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub. Nazirlikdən verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi