Bank Of Baku

Su qoymadan “kolonka”nı qızdırdı, partlayışdan öldü

# 15:33
11 yanvar 2023

Goranboyda bədbəxt hadisə baş verib.

Rayonun Şəfibəyli kənd sakini 81 Validə Mirzəyeva hamam otağında baş verən partlayışda ölüb. Hamamda odunla qızdırılan su qızdırıcısı partlayıb. Hamam otağının bir hissəsi partlayışın təsirindən dağılıb. Məlumata görə, odunla qızdırılan su qızdırıcısını su olmadan yandırdığı üçün partlayış baş verib. Yaşlı qadın dağıntılar altında qalaraq dünyasını dəyişib. Qonşular yaşlı qadının evdə tək yaşadığını bildirirlər.

Evin hamamında baş verən partlayış mənzilin pəncərələrini də sıradan çıxarıb.

Faktla araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR