Sükan arxasında yatıb qəzaya səbəb oldu

# 12:28
25 iyul 2022

Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Səhər saatlarında baş verən qəzada Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimovun idarə etdiyi  “Toyota” markalı avtomobillə 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlunun idarə etdiyi  “Mercedes” markalı avtomobillər  toqquşub. Nəticədə “Tayota” markalı avtomobilin sürcüsü hadisə yerində ölüb. Digər sürücü isə Şirvan şəhər  mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Avtoqəzanın baş verməsinə sürücülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.

 

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

 

ƏLİBƏY ZEYNALLI, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR