Sülh müqaviləsində razılaşdırılan bənd HANSIDIR?
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinə ölkələr arasında mövcud olan bütün problemli məsələlər daxildir”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan parlamentində çıxışı zamanı deputatın sualını cavablandırarkən deyib.
“Rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb”, - deyə o qeyd edib.
Armen Qriqoryan vurğulayıb ki, sülh müqaviləsi layihəsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.
Layihənin digər bəndləri üzrə dəqiq razılıq yoxdur deyən Qriqoryan əlavə edib ki, söhbət Qarabağ, sərhədlərin delimitasiyası və demarkasiyası, bağlı yolların açılması, humanitar məsələlərdən gedir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək