Sülhməramlılar Qazaxıstandan nə vaxt çıxacaqlar? - Putin açıqladı

# 13:59
10 yanvar 2022

Qazaxıstandakı hadisələr hamımıza təsir edir. Bu barədə Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstandakı vəziyyətlə bağlı növbədənkənar sessiyasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib. O Qazaxıstanda baş verənləri aqressiya aktı adlandırıb:

 

Sitat: “Biz Qazaxıstanda beynəlxalq terrorizmin təcavüzünü müşahidə edirik. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər. Ölkədə baş verənlər xaricdən müdaxilənin nəticəsidir. Qardaş Qazaxıstan xalqına yardım göstərmək üçün birgə addımlar mümkün qədər tez razılaşdırıldı və KTMT mexanizmi işə düşdü. Qazaxıstanda Maydan texnologiyasından istifadə olunub.” Sitatın sonu

 

Rusiya prezidenti Vladimir Putin silahlı qüvvələrinin lazım olduğu qədər Qazaxıstanda olacağını bildirib. O əlavə edib ki, hərbçilər funksiyalarını yerinə yetirdikdən sonra bütün kontingent Qazaxıstan ərazisindən çıxarılacaq.

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR