Sülhməramlılar Qazaxıstanı belə tərk edir

# 14:36
14 yanvar 2022

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb. Onlar Rusiyada toplaşdıqdan sonra öz vətənlərinə yola düşəcəklər. Ermənistan, Tacikistan və Qırğızıstandan olan sülhməramlılar artıq Almatıdan çıxıblar. KTMT-nin qalan sülhməramlıları isə 10 gün ərzində ölkələrinə qayıdacaqlar.

 

Ermənistandan olan bölmələr Rusiyaya məxsus üç “İl-76” hərbi təyyarəsi ilə Almatı aerodromundan havaya qalxıb. Xatırladaq ki, ermənilər çörək zavodu və kolxoz bazarında xidmət aparıblar.

 

Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər.

 

Qeyd edək ki, yanvarın 2-dən başlayan iğtişaşlara görə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan ümumilikdə iki mindən çox sülhməramlı Qazaxıstana göndərilmişdi.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR