Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurdu
Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.
Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
Elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Hacı Ağazadə Əmralı olduğu bildirilir.
Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək