Sumqayıt küçələrində niyə zibil qutusu tapmaq olmur?

# 14:23
4 oktyabr 2021

Son vaxtlar Sumqayıtda küçələrdə, xiyabanlarda zibilqabılarına rast gəlinmir. Əvvəllər kiçiktutumlu zibilqabıları olsa da indi vətəndaş əlində zibil bunu atmaq üçün zibilqabı axtarır.

 

Sumqayıt sakinləri artıq bir müddətdir ki, bu problemlə üz-üzədir. Düzdür,  şəhərin bəzi küçə və prospektlərində kiçik tutumlu tullantı qablarına rast gəlmək olur. Amma əksər yerlərdə sakinlər zibilini atmağa yer tapmır. Sakinlər deyir ki,  şəhərin bəzi küçələrində ya ümumiyyətlə zibil qutusu yoxdur, ya qutuların arasındakı məsafəni qət eləmək üçün fərsəx-fərsəx yol getməli olurlar.

 

- Bizim burada obyektlərimiz var. Buradan çıxanda zibili öz maşınımıza qoyub neçə kilometr gedib, qıraqda zibil yeşiyinə atırıq. Hava küləkli olanda, hava pis olanda inanın ki, zibil əlindən dayanmaq olmur. Camaat siqareti yerə atır, obyektin qabağına atır. Zibil, kuloklar, selofanlar  nə varsa zir-zibil bütün küçəboyu düz şəhərin mərkəzindən şəhərin axırına kimi yayılıb. Yəni xahiş edirik, bu zibil qutularını bərpa etsinlər. Heç olmasa bir obyektdən birmi deyim, iki dənə qutu qoysunlar ki, biz bu zibili əlimdəmi deyim, yoldan keçən bir uşağın əlində selofan torba olanda atmağa bir yer tapsın.

 

 

- Hər yerdə zibil qabıları qoymaq lazımdır. Birincisi odur ki, təmizlik olar. İkincisi odur ki, yanımıza gələnlər də, qonaqlar da gəlib görür ki, buralarda zibil qabıları yoxdur, atmağa yer tapmırlar.

 

Məsələ ilə bağlı “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC- yə müraciət elədik. Qurumun aparıcı mühəndisi Ramil Fərəcli yaranan vəziyyətə belə aydınlıq gətirdi: Kiçiktutumlu tullantı qabları Sumqayıtda 500-ə qədərdir. Və bu günləri bizim vətəndaşlar belə deyim də. Qəsdən deyim, səhlənkarlığı nəticəsində evlərinin məişət tullantısını belə gətirib ora atırlar. Hətta  hər kəs də Sumqayıt sakinləri də görüb ki, o kiçik həcmi tullantılara, üzr istəyirəm siqareti çəkib yanılı formada atırlar ora. O da hardasa yararsız bir hala gəlir. Ona görə də bizdə tədricən azalma gedir. Bu günləri hər kəsdən çox xahiş edirəm Sumqayıt sakinlərindən hər bir kəs özünə hörmət edərək belə deyək tullantı qabları çətinliklə əldə olunur. Onun üçün də azalamaya səbəb gəlib çıxır.

 

Qurum rəsmisi yaxın gələcəkdə mövcud problemlərin aradan qaldırlacağını da bildirdi.

 

 

Ramil Zeynallı,

Əli Əliyev

APA TV

Sumqayıt

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR