Sumqayıt niyə hər gün zülmətə qərq olur? - GÖZ GÖZÜ GÖRMÜR

# 18:37
13 aprel 2022

Sumqayıt sakinləri son günlər şəhərin bir çox küçə və prospektlərində işıqların yanmamasından, küçələrdəki zülmətdən şikayətçidir.

APA TV-nin kameraları şikayətin doğruluğunu yoxlamaq üçün vətəndaşların dediyi ərazilərdə çəkilişdə oldu. Bəli, budur, küçələr zülmətə qərq olub.  Gecə saat 12-dən sonra demək olar əksər küçələrdə işıqlar yanmır.

Kameralarımız önündə bircə nəfər də olsun danışmağa ürək eləməsə də kamera arxasında sürücülər də sakinlər də əsas prospekt və yolların zülmətə qərq olmasının  qəzalara səbəb olacağından qorxduqlarını bildirdilər.

Xüsusi  ilə şəhərin Məhəmməd Əsədov, İsmət Qayıbov, Koroğlu prospektinin bəzi hissələrində gecə vaxtı işıqlandırmanın zəif olduğunun şahidi olduqdan sonra bəlkə bu müəmmaya aidiyyəti qurumlarda suallarımıza cavab verə biləcək bir nəfər tapmaq ümidi ilə yollandıq Sumqayıt Küçə İşıqları İdarəsinə. İdarədən isə dedilər ki, bu tendensiya təkcə Sumqayıtda yox, dünyada qəbul olunmuş bir haldır.

Baş mühəndis vətəndaşların narahatlığına əsas olmadığını da sözlərinə əlavə etdi.

RAMİL ZEYNALL, ƏLİ ƏLİYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR